Ağ Ev İraq Kürdüstanının ayrılması referendumu haqda bəyanat verib
Ağ Ev bir bəyanatda İraq Kürdüstanının ayrılması üzrə referendumun ləğv edilməsini istəyib.
Ağ Evin internet portalının məlumatına görə, Ağ Evin mətbuat xidməti bir bəyanatda bildirib: ABŞ 25 sentyabrda referendumun keçirilməsini qalmaqallı və təhrikedici adlandırır və İraq Kürdüstan bölgəsi rəsmilərindən onu ləğv etməsini istəyir.
Ağ Ev bu barədə Bağdadla davamlı və ciddi müzakirələrin aparılmasını İraq Kürdüstan məsullarına təklif edib və Vaşinqtonun bu danışıqlara şərait yaratmağa hazır olduğunu bildirib.
Ağ Evin rəsmi mövqeyinin kənarında Türkiyənin Star qəzeti yazıb: ABŞ-ın Ankaradakı səfirliyi cümə axşamı günü siyasi kürd partiya və fəalları dəvət edərək İraq Kürdüstanının ayrılması üzrə referenduma dəstəyin forması haqda qapalı iclas keçirib.
Həmçinin Yaxın Şərqdə ABŞ-ın əsas müttəfiqi və siyasətlərinin icraçısı olan İsrail rejimi İraq Kürdüstanının ayrılması üzrə referendumun keçirilməsini dəstəkləyib.
İraq Kürdüstanının yerli parlamenti cümə günü bu bölgənin İraqdan ayrılması üzrə referendumun 25 sentyabrda keçirilməsini təsdiqləyib.