Rohinca müsəlmanlarının durumu acınacaqlıdır
Myanma ordusu və radikal buddistlərin rohinca müsəlmanlarına qarşı cinayətləri, onların Banqladeşə doğru qaçması ilə İran İslam Respublikasının Banqladeş-Myanma sərhəd bölgələrinə ezam olunan heyəti müsəlmanların düşərgələrində olublar.
Myanma ordusunun zorakılığından sağ-salamat xilas olan rohinca körpəsi indi Banqladeş sərhədində aclıq və susuzluqdan əziyyət çəkir. Onun ailə üzvlərindən biri bir az içməli su tapmaq ardıncadır, biri isə çox uzun olan növbədə dayanıb ki, bəlkə də humanitar yardımlardan yemək üçün ona da bir şey çatsın. İndi Banqladeş sərhədində rohinca müsəlman didərginlərin sayı təxminən 400 min nəfərə çatıb. Myanma dövlətinin özü elan edib ki, müsəlman sakinli Raxin əyalətinin təxminən 40% boşalmışdır.
Rohinca müsəlman didərgin deyib: Bizim öz ərazilərimizi tərk etməkdən başqa çarəmiz yox idi. Onlar bizdən heç kimin Myanmada qalmasını istəmir. Amma biz vətənimizə qayıtmağımızı istəyirik.
İndi düşərgələrin bu sayda didərginə yeri yoxdur və yolların kənarları müvəqqəti də olmuş olsa, özləri üçün sığınacaq tapmağa çalışan rohincalarla doludur. Onlar Myanma dövlətinin mütəşəkkil zorakılıqları və onlara edilən zülmlərdən danışırlar.
Başqa bir rohinca deyib: Hərbçilərə bizə doğru atəş açdılar, onlar mənim uşaqlarımı öldürdülər, onun sadəcə 6 yaşı vardı, mən özüm də yaralandım.
Müsəlman didərginin sözlərinə görə, ordu hərbçiləri kəndə hücum edən vaxt hamı çaş-baş qaldı. Onlar bəzi evlərin qapısını bağladı, sonra yandırdılar ki, kimsə xilas ola bilməsin.
Rohinca didərginlərinin Banqladeşə gəlişi davam edir. Əksəriyyəti ayaq yalın olan didərginlər myanmalıların siyasi soyqırımından salamat qurtarmaq üçün on gündən artıq yolda olduqlarını deyirlər. Əlbəttə onların bir qrupu da yolun sonuna çatmamışlar.