Afinada İmam Hüseyn(ə) günü mərasimi keçirilib
İmam Hüseyn(ə)-ın ədalətsevərlik amalı ilə əhd-peyman yürüşü ilk dəfə olaraq, Yunanıstanın paytaxtı Afinada keçirilib.
İmam Hüseyn(ə) günü Həzrət İmam Hüseyn(ə)-ın amallarını himayənin elan olunması məqsədilə Yunanıstanda yaşayan şiələrin geniş iştirakı ilə Tasua gününün axşamından Aşura gecəsinədək keçirilib.
Müntəzəm hərəkət və verilən şüarlar minlərlə yunanın diqqətini çəkib. Daxili və xarici medialar şiələrin bu mühüm tədbirini işıqlandırmaq üçün reportaj hazırlayırdılar.
Yunanıstanın xalqı və gənclərini İmam Hüseyn(ə) hərəkatı ilə tanış etmək məqsədilə keçirilən bu mərasimdə İran, Əfqanıstan, Pakistan, İraq və Suriyadan, həmçinin digər ölkələrdən olan şiələr və müsəlmanlar iştirak ediblər.
Afina şəhərində İmam Hüseyn(ə) günü Yunanıstanda yaşayan şiələrin hərəkatının təşəbbüsü ilə keçirilib.
Həmçinin Hüseyn(ə) Tasuası ilə bir zamanda Avstriyanın paytaxtı Vyana şəhərinin mərkəzində müxtəlif xalqlardan olan Əhli-Beyt(ə) sevərlərindən və şiələrdən yüzlərlə nəfərin iştirakı ilə İmam Hüseyn(ə) günü mərasimi keçirilib.