Okt 01, 2017 19:02 Asia/Baku
  • Düşənbədə Hüseyn Aşurası mərasimi

Həzrət Əba Əbdillah Hüseyn(ə) və o həzrətin 72 sadiq köməkçisinin şəhadətinin ildönümü günü və Aşura mərasimi İranın Tacikistanın paytaxtı Düşənbə şəhərindəki səfirliyində keçirilib.

Bu mərasimdə İranın səfiri, səfirlik işçiləri, onların ailələri, həmçinin Həzrət Əba Əbdillah Hüseyn(ə) və paklıq Əhli-Beyti(ə) vurğunlarından çoxlu sayda insan iştirak edib.

Mərasimdə İslami Məzhəblərin Yaxınlaşdırılması Assambleyasının Təbliğat və Təlimlər Mərkəzinin müdiri- höccətulislam Əbulhəsən Əhmədi Şahrəxti Kərbəla hərəkatını ölməz bir hərəkat adlandırıb və belə qeyd edib: Bu ilahi hərəkat daim öz yolunda irəliləyərək, möminlərin ürəklərini paklıq Əhli-Beyti(ə)-a məhəbbətlə doldurur.

O, şəhidlər ağasının yeri və mövqeyinə işarə edərək, söyləyib: İmam Hüseyn(ə) nur karvanı olub və onun hərəkəti də məhz bu məsələyə söykənibdir.

Əbulhəsən Əhmədi Şahrəxti vurğulayıb: Zülmqəbuledilməzlik, həqiqət, ədalət, ilahi din və fərmanların müdafiəsi məsələsində şəhadət, Aşura qiyamının təfəkkür əsaslarındandır və bu baxımdan, Kərbəla, Allah və azadlıq yolunda ən böyük insan fədakarlığı və qəhrəmanlığıdır.

Bu mərasimin davamında əzadarlar mədhiyyəçilik, növhəxanlıq və sinəvurma ilə o böyük imam üçün əzadarlıq ediblər.

 

 

Teqlər