Okt 01, 2017 20:42 Asia/Baku
  • Manilada Hüseyn Aşurası mərasimi

Filippində yaşayan şiələr və iranlılar region ölkələrində Həzrət Əba Əbdillah(ə)-ın digər vurğunları ilə bir zamanda Aşura hadisəsi matəmində əzadarlıq ediblər.

Bu mərasimdə natiqlərdən biri- höccətulislam Sadatinejad Kərbəla müsibətinin baş verməsinin səbəbini, dünyapərəstlik adlandırıb və belə deyib: Peyğəmbər(s.ə.s)-dən əlli il sonra Kərbəla hadisəsi və paklıq xanədanına qarşı zülmün edilməsini yaratmış məsələ, o zamanın camaatının qeyri-düzgün seçimi kimi dünyapərəstlik və şeytanpərəstlik olubdur.

Bu mərasimdə Hüseyn əzadarları növhə oxuyub, sinə vuraraq, şəhidlər ağasının matəmində göz yaşları axıdıblar.

İran səfirliyinin mədəniyyət mərkəzinin və Maniladakı bəzi islami cəmiyyətlərin təşəbbüsü ilə keçirilmiş bu mərasimdə əzadarlar günorta namazını İmam Hüseyn(ə)-ın Aşura namazının xatirəsinə camaat namazı kimi qılıblar.

Teqlər