İspaniya kralı: Kataloniya başçılarının davranışı məsuliyyətsizlikdir
İspaniya kralı Kataloniyada referendumun keçirilməsinə reaksiyada bildirib: Bu bölgə rəsmiləri İspaniya qanunlarını pozub və məsuliyyətsizlik nümayiş etdiriblər.
İSNA-nın məlumatına görə, VI Filipp Kataloniyanın müstəqillik üçün səyinin İspaniyanın iqtisadi stabilliyi və demokratiyanı təhlükəyə atdığını bəyan edərək bildirib: İspaniya krallığı bu ölkənin bütövlüyü və ərazi bütövlüyü qarşısında tam öhdəliklidir.
İspaniya kralının açıqlaması ilə yanaşı qeyd edək ki, Kataloniya prezidenti Karles Puçdemon çərşənbə axşamı günü bu bölgənin gələn bir neçə gündə müstəqilliyini elan edəcəyini bildirib.
Kataloniyanın İspaniyadan ayrılması üzrə qalmaqallı referendum bazar günü Madridin reaksiyasına rəğmən keçirildi. Kataloniyanın yerli hökumətinin sözçüsü Yordi Turullun sözlərinə görə, bölgə əhalisinin təxminən 90% Kataloniyanın İspaniyadan ayrılmasına səs verib.
İspaniya konstitusiyasına əsasən, bu ölkə parçalana bilməz.