Okt 06, 2017 14:04 Asia/Baku
  • İspaniyanın baş naziri Kataloniyanın dövlət başçısına xəbərdar edib

İspaniyanın baş naziri Mariano Rahoy, Kataloniya əyalətinin başçısı Karles Puçdemona cümə axşamı günü Kataloniyanın İspaniyadan müstəqil olmasını birtərəfli surətdə elan edilməsinin pis nəticələrə səbəb olacağını bildirib.

IRNA-nın məlumatına görə, Mariano Rahoy EFE xəbər agentliyinə verdiyi müsahibədə, Kataloniyanın İspaniyadan müstəqil olmasının bu məntəqənin separatçıları tərəfindən birtərəfli surətdə elan edilməsilə İspaniyadakı vəziyyətin pisləşəcəyini vurğulayaraq, Kataloniya məsələsinin həll yolunun, hamının qanuna qayıtması olduğunu bildirib.

İspaniyanın baş naziri Kataloniyada müstəqilliyə heç vaxt icazə verməyəcəyini vurğulayıb.

Teqlər