Okt 09, 2017 10:08 Asia/Baku
  • Rohinca müsəlmanları qaçarkən canlarını itirirlər
    Rohinca müsəlmanları qaçarkən canlarını itirirlər

Myanmada Rohinca müsəlmanlarından ibarət bir qrup, onları daşıyan qayığın Banqladeş istiqamətində ikən batması nəticəsində həlak olub.

Press TV-nin verdiyi məlumata görə, Banqladeşə qaçan Rohinca müsəlmanlarından ibarət bir qrupun qayığının Naf sərhəd çayında batması 12 nəfərin ölümü, bir çox müsəlmanın itkin düşməsi ilə nəticələnib. 

Sin-Xua xəbər agentliyi bildirib ki, bu hadisədə həlak olanlardan 12 nəfərinin cəsədi müəyyənləşdirilib.

Keçmişdə də dəfələrlə Banqladeşə qaçan Rohinca müsəlmanlarının qayıqlarının batması və sərnişinlərin boğulması halları baş vermişdi. 

Regionda və beynəlxalq səviyyədə Rohinca müsəlmanlarının qırğın edilməsinə qarşı xəbərdarlıqlara rəğmən xəbər mənbələri müsəlmanların qırğın edilməsinin davam etdirilməsindən xəbər veriblər. 

Myanma ordusu və ifratçı buddistlər bu ölkədə Rohinca müsəlmanlarının qırğınını davam etdirir və bu üzdən müsəlmanların Banqladeşə qaçmaları halları artmaqdadır. 

Myanmanın qərbində Raxin vilayətində Rohinca müsəlmanlarına qarşı geniş miqyaslı repressiyalara avqustun 25-dən Myanma ordusu tərəfindən start verildi. Bu müddətdə 6 min müsəlman həlak olub, 8 min yaralanıb və 800 min nəfər də Banqladeşə qaçıb. 

Raxin vilayəti 2012-ci ildən Myanma ordusu və ifratçı buddistlərin müsəlmanlara qarşı hücumlarının şahididir. 

 

Teqlər