Okt 09, 2017 20:30 Asia/Baku
  • İspaniyada Kataloniya böhranı davam edir
    İspaniyada Kataloniya böhranı davam edir

Kataloniyanın İspaniyadan ayrılması ilə müxaliflətlərin yaranmasını nəzərə alaraq, Kataloniya muxtariyyətinin rəhbəri Karles Puqdemon bu muxtariyyətin məclisində hazırkı siyasi durumla əlaqədar hesabat verməlidir.

Yüz minlərlə İspaniya vətəndaşı Kataloniyanın ayrılmasına etiraz olaraq aksiya keçirib və Kataloniya rəhbərinin həbs edilməsini istəyib.

Kataloniyanın mərkəzi olan Barselonada mərkəzi meydanlardan birinə toplaşanların əksəriyyəti Kataloniya və İspaniyanın bayraqlarını daşıyıb. Ötən gün də İspaniyanın müxtəlif şəhərləri, o cümlədən Madrid və Barselonada minlərlə nəfər küçələrə axışıb və ölkələrinin birliyi və bütövlüyünü vurğulayıb.

Bir ispaniyalı deyib: Mən Kataloniyanın İspaniyadan ayrılmasına qarşıyam. Ayrılmağa səs verənlərlə söhbət etdim. Amma doğrudan da bilmirəm və qane olmadım ki, onlar nəyin ardıncadırlar?

Bugünkü aksiya Kataloniya yerli hökuməti tərəfindən ayrılmaq üzrə referendumun keçirilməsindən bir həftə sonra keçirilir. İspaniyanın Ali Məhkəməsi son vaxtlar qərar verib ki, Kataloniya müstəqilliyin elan olunması planını təxirə salmalıdır. Bu referendumda ayrılıq tərəfdarları qələbə çalıblar, lakin səsvermə hüququna malik olanların yarısından çoxu ya onu boykot edib, ya da səs verə bilməyib.

Bundan öncə İspaniya baş naziri Mariano Raxoy bir müsahibədə bildirib ki, Kataloniyanın separatçılıq hərəkətinin qarşısını almaq üçün qanunun icazə verdiyi istənilən prosesdən istifadə edəcək.

İspaniya baş naziri Mariano Raxoy deyib: İspaniya parçalanmamalıdır və ölkənin birliyi və bütövlüyü qorunacaqdır.

Kataloniyanın ayrılmasına etiraz edənlər həmçinin İspaniya dövlət rəsmiləri və Kataloniyanın yerli rəsmilərindən istəyiblər ki, ötən yarım əsrdə İspaniyanın ən ağır böhranına son qoymaq üçün həll yolunu tapmaq məqsədilə bir-birləri ilə müzakirə aparsınlar.

 

Teqlər