Sooronbay Jeenbekov Qırğızıstan prezident seçkilərinin qalibi olub
-
Sooronbay Jeenbekov Qırğızıstan prezident seçkilərinin qalibi olub
Qırğızıstan sosial-demokrat partiyasının 59 yaşlı namizədi Sooronbay Jeenbekov bu ölkənin prezident seçkilərində səslərin 55 faizini qazanaraq, seçkilərin qalibi elan olunub.
Qırğızıstan mərkəzi seçki komissiyası bu gün bu xəbəri verərək, əlavə edib: Qırğızıstan prezident seçkilərində bir milyon 692 min nəfər iştirak edibdir ki, onların 917 min nəfəri Sooronbay Jeenbekova səs verib. Beləliklə o, səslərin 55 faizini qazanaraq, seçkilərin qalibi elan olunub. Seçkilərin yekun nəticəsi iyirmi gün müddətində elan olunacaq. Qırğızıstan qanunlarına əsasən, prezident seçkilərinə namizəd seçkilərin qalibi olmaq üçün birinci dövrdə seçkilərdə əlli üstəgəl bir faiz əldə etməlidir. Altı milyon nəfərlik Qırğızıstan ölkəsində üç milyon 25 min 770 nəfər seçkilərdə iştirak etmək və səs vermək şəraitinə malik olubdur ki, onların yarısından azı bu seçkilərdə iştirak edibdir.
Prezident seçkilərinin qalibi deyib: Qırğızıstan bu seçki ilə bütün dünyaya göstərdi ki, müstəqil və demokratik bir ölkədir və seçkilər azad və şəffaf şəkildə keçirilibdir.
O, həmçinin seçkilərin yüksək səviyyədə keçirilməsi üçün göstərdikləri səylərinə görə, beynəlxalq nəzarətçilərə və Qırğızıstan mərkəzi seçki komissiyasına təşəkkür edibdir.
Sooronbay Jeenbekov 1958-ci ildə Qırğızıstanın Oş vilayətinin "Kara Kulcin" rayonunda anadan olub. O, 2016-cı ilin aprel ayından 2017-ci ilin avqust ayınadək Qırğızıstanın baş naziri vəzifəsini daşıyıbdır. Sooronbay Jeenbekov Qırğızıstan kənd təsərrüfatı universitetinin məzunudur. Qırğızıstanın hazırkı prezidenti Almasbek Atambayevin prezidentliyi müddəti cari ilin dekabrında başa çatır. Yeni prezident dekabarın yeddisinədək and içməlidir.