Okt 26, 2017 18:11 Asia/Baku
  • Kataloniya Parlamenti buraxıldı
    Kataloniya Parlamenti buraxıldı

Kataloniya Parlamenti dekabr ayında vaxtından əvvəl seçkilərin keçirilməsi üçün buraxılıb.

İspaniyanın yerli informasiya dairələrinin verdikləri məlumatlara görə Kataloniya Parlamentinin sədri Karlos Pujdemont yerli parlamenti buraxaraq, 20 dekabrda vaxtından əvvəl seçkilərin keçiriləcəyini bildirib. 

İspaniya hökuməti hazırkı məqamda konstitusiyanın 155-ci maddəsinin icrasını durdurmaq üçün vaxtından əvvəl seçkilərin keçirilməsi kafi olmayacaq. 

İspaniyanın baş naziri Mariano Raxoyun ofisi bildirib ki, mərkəzi hökumətin konstitusiyanın 155-ci maddəsinin icrasına dəyişikliklə bağlı hansısa proqramı yoxdur. 

İspaniya Konstitusiyasının 155-ci maddəsinin icraya qoyulmasında məqsəd Kataloniya məntəqəsinin muxtariyyat səlahiyyətlərini məhdudlaşdırmaqdır. 

Beləliklə Kataloniya Parlamenti muxtar məntəqəyə yeni başçı təyin edə bilməyəcək. Həmçinin, İspaniya qanunları və konstitusiyasına zidd olan yeni qanunların qəbul edilməsi ilə, qanunvericiliyə də dəyişiklik edə bilməyəcək. 

İspaniya hökuməti bundan öncə konstitusiyanın 155-ci maddəsinin icraya qoyulmasından xəbər vermişdi. 155-ci maddənin icraya qoyulması ilə Kataloniya parlamentinin sədri, onun müavini və yerli hökumət üzvləri öz vəzifələrindən kənarlaşdırılmış olacaqlar. 

Kataloniya məntəqəsi 1 oktyabrda müstəqillik referendumu keçirərək, İspaniyadan ayrılmaq istədiyini elan etdi. Seçkilərdə əhalinin 90%-i müstəqilliyin lehinə səs verdi. İspaniya hökuməti isə bu referendumu qeyri-qanuni adlandırıb və İspaniya polisi referendumda iştirak edənlərə qarşı güc tətbiq edib. 

Teqlər