İspaniya dövləti Kataloniya yerli hökumətini buraxıb
İspaniya baş naziri dünən gecə Kataloniyanın yerli hökuməti və parlamentini buraxıb və bu bölgənin dekabrın 21-dək Madrid tərəfindən idarə olunacağını bildirib.
Kataloniya yerli parlamenti dünən bir tərəfli qaydada İspaniyadan ayrılmağa səs verdi.
Bu hərəkət İspaniya hökumətinin fövqəladə iclas keçirməsi ilə nəticələndi.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, bu iclasdan sonra İspaniya baş naziri Mariano Raxoy rəsmi Madridin verdiyi sözlərə və təhdidlərinə sadiq qaldığını bildirib və deyib: Kataloniya yerli hökumətini təcrid etmək üçün müəyyən qərarlar qəbul edilib.
İspaniya baş naziri deyib: Kataloniya yerli hökuməti və parlamenti buraxılır və bölgədə 21 dekabrda növbəti seçkilər keçirilənədək Kataloniya İspaniyanın mərkəzi hökuməti tərəfindən idarə ediləcək.
İspaniya senatı dünən bu ölkə konstitusiyasının 155-ci maddəsini icra edərək İspaniyanın mərkəzi hökumətinə Kataloniyanın muxtariyyətinə son qoymasına zəmin yaratdı.
Raxoy deyib: Kataloniya bölgəsinin polis rəisini də yaxın günlərdə vəzifəsindən azad edəcək.
Madrid yerli hökumətin buraxılması və 6 ay içində növbəti seçkilərin keçiriləcəyinə təşəbbüs göstərəcəyi barədə öncədən xəbərdarlıq etmişdi.
Kataloniyanın İspaniyadan ayrılması üzrə qalmaqallı referendum Oktyabrın 1-də keçirildi. Referendumda iştirakçıların 90 faizi Kataloniyanın müstəqil olmasına səs verdilər.
İspaniya konstitusiyası referendumun keçirilməsini qeyri-qanuni elan etmişdi . Konstitusiyaya görə bu ölkə bölünməzdir.
Avropa Birliyi də bildirmişdi ki, bu bölgə müstəqillik elan edərsə birlik onu rəsmən tanımayacaq.
Kataloniya illərdir İspaniyadan ayrılmağa cəhd göstərir.