Londonda polis zorakılığına qarşı aksiya
Okt 29, 2017 18:18 Asia/Baku
Ötən iyirmi ildə İngiltərə polisinin zorakıığı üzündən ölmüş şəxslərin ailə üzvləri, dostları və himayədarları Londonda dövlətin yüksək vəzifəli nazirlərinin iqamətgahında yerləşən "Davninq Striit"də aksiya keçiriblər.
Aksiyanın təşkilatçıları həmin hadisələr zamanı daxili işlər naziri olmuş İngiltərənin baş naziri Tereza Meyi təzyiq altında qoymaq əzmindədirlər.
Bu aksiya ümumi bir aksiyadır və İngiltərə polisi tərəfindən qətlə yetirilmiş şəxslərin anılması məqsədilə keçirilir.
Ölənlərin ailələri hər il bu mərasimdə iştirak edirlər ki, nəhayət ədalət icra edilmiş olsun.
İngiltərədə 1500-dən çox ailə öz övladını polislə qarşılaşma nəticəsində itirib və indiyədək də polis zorakılığı London başçıları tərəfindən pislənilməyibdir.