Noy 02, 2017 11:22 Asia/Baku
  • Kataloniya rəhbərlərinə qarşı üsyançılıq ittihamı
    Kataloniya rəhbərlərinə qarşı üsyançılıq ittihamı

İspaniya baş prokuroru Kataloniya rəhbərlərinə qarşı üsyançılıq ittihamının irəli surulməsinə çağırıb.

Frans24 telekanalının verdiyi məlumata görə, İspaniya baş prokuroru Kataloniya rəhbərlərinə qarşı üsyançılıq ittihamının irəli sürülməsini istəyib.

İspaniya baş prokuroru Xoze Manuel Masa deyib: Kataloniya bölgəsinin müstəqillik elan etməsində rolu olan bölgə başçıları isyançılıq ittihamı ilə cinayət işinə cəlb olunmalıdırlar. 

Bu qərar İspaniyanın mərkəzi hökumətinin Kataloniyada referendumun keçirilməsi və bu bölgənin müstəqillik elan etməsindən sonra bu əraziyə hakimiyyəti bərpa etmək qərarından sonra həyata keçir. 

Kataloniyanın keçmiş başçısı Karlos Pugdemon vəzifədən kənarlaşdırılmasından sonra İspaniyanın mərkəzi hökuməti bölgədə vaxtından əvvəl seçkilərin keçirilməsinə qərar verdi və Karlosun partiyası da bu seçkilərdə iştiraka hazır olduğunu bildirdi. Karlosun rəhbərlik etdiyi Avropa İstiqlalçı Demokrat Partiyası bazar ertəsi bildirdi ki, 21 dekabr seçkilərinə qatılacaq. 

Bu hadisədən sonra mərkəzi hökumət konstitusiyanın 155-ci maddəsini işə salaraq Kataloniya bölgəsinin muxtariyyət idarəsini dayandırdı və bu bölgədə vaxtından əvvəl seçkilərin keçirilməsi qərarına gəldi. 

Digər tərəfdən İspaniyada bir dövlət mənbəyi deyib ki, Karlos Pugdemon bazar ertəsi günü Brssselə səfər edib. İspan mətbuat Karlosu bə səfərdə Kataloniya yerli hökumətinin bəzi üzvlərinin də müşayiət etdiyini bildiriblər. 

Eyni zamanda Belçikanın miqrasiya naziri telekanallara verdiyi müsahibədə Brüsselin Pugdemon sığınacaq verməyə hazır olduğunu bildirib. 

Belçika avropalılara siyasi sığınacaq verən Avropanın azsaylı ölkələri sırasındadır və buna görə xüsusilə İspaniya ilə son illər problemlər yaşamışdır. 

Karlos Pugdemon Kataloniyanın müstəqilliyini elan etdikdən bir gün sonra katalanları İspaniyanın mərkəzi hökuməti qarşısında dinc demokratik müqavimət göstərməyə çağırıb. 

Teqlər