Noy 02, 2017 17:49 Asia/Baku
  • ABŞ dünyanın müxtəlif bölgələrində milyonlarla insanı öldürüb
    ABŞ dünyanın müxtəlif bölgələrində milyonlarla insanı öldürüb

Amerikalı yazıçı bildirib ki, ABŞ dünyanın müxtəlif yerlərində milyonlarla insanı qətlə yetirib.

PressTv-nin verdiyi məlumata görə, Rayan Dauson Şimali Koreyaya qarşı ABŞ imperializmi barədə deyib: Amerika dünya üzrə ən iri nüvə cəbbəxanasına malikdir. Amerikanın müttəfiqlərinin çoxu da atom silahlarına malikdir. Onlar önləyicilik bəhanəsi ilə bu kimi silahların istehsalı və saxlanılmasını davam etdirirlərsə təbbi ki, Şimali koreya da önləyicilik məqsədi ilə bu kimi silahlara malik olmaq istəyəcək. Unutmaq olmaz ki, Amerikanın özü bir çox ölkələrə hərbi hücum edib və 2-ci dünya müharibəsindən sonra milyonlarla insanın ölümündə məsuliyyət daşıyır, halbuki Şimali Koreya heç bir ölkəyə hücum etməyib. Görünür Amerika Ş.Koreyanın nüvə məsələsinə ikili yanaşır. Amerika Ş.Koreyanı məhv edəcəyini bildirirsə Ş.Koreyanın da özünü müdafiə etməyə haqqı var. Demək Amerika hədə-qorxularını artırmaqla Şimali Koreyanın tutduğu yolun qarşısını ala bilməyəcək. Nəzərə almaq lazımdır ki, Amerika bir imperiyadır və 2-ci dünya müharibəsindən sonra milyonlarla insanı qətlə yetirib. Amerika Vyatnamda, Şimali Koreyada və İraqda milyonlarla insanı məhv edib və dünyanın müxtəlif bölgələrinə hələdə insanları öldürür. Beləliklə Amerikanın keçmişini nəzərə aldıqda Şimali Koreyanın Vaşinqtonu potensial təhlükə hesab etməyə tam haqqı çatır.  

Teqlər