İndoneziyada Trampa qarşı etirazlar davam edir
Dek 12, 2017 12:24 Asia/Baku
İndoneziya xalqı ABŞ prezidentinin Qüdsü sionistlərin paytaxtı tanımasına qarşı 4-cü gün dalbadal keçirdiyi aksiyalarda dünən ABŞ-ın Cakartadakı səfirliyi qarşısında ABŞ və sionist rejimin bayraqlarını yandırıb.
İRNA-nın verdiyi məlumata görə, İndoneziyada müsəlman gənclərdən ibarət yüzlərlə adam Amerikanın Cakartadakı səfirliyi qarşısında sksiya keçirərək sionist rejimin və Amerikanın bayraqlarından əlavə ABŞ prezidenti Donald Tramp və sionist rejimin baş naziri Benyamin Netanyahunun müqəvvalarını yandırıblar.
Bu aksiyada iştirakçılar üzərində " Amerikaya ölüm" , " İsrailə ölüm" , " ABŞ səfirliyi Qüdsdən çıx!", " Biz fələstinlilərə dəstək veririk" şüarları yazılmış plakatlar daşımışlar.