Dek 14, 2017 19:19 Asia/Baku
  • Amerikalı qanunverici intihar etdi; Cinsi zorakılıq ittihamından sonra
    Amerikalı qanunverici intihar etdi; Cinsi zorakılıq ittihamından sonra

ABŞ-ın Kentakki ştat məclisinin respublikaçı nümayəndəsi kilsədə yeniyetmə bir qız əleyhinə cinsi zorakılıq ittihamı irəli sürüldükdən iki gün sonra intihar edib.

USA Today qəztinin yazdığına görə, Kentakki ştatının Bolit bölgəsi ekspertizası bildirib: Kentakki Ştat Məclsiinin respublikaçı nümayəndəsi Don Consonun cəsədi baş nahiyəsində bir ədəd güllə ilə Vaşinqton dağı ətrafındakı yol kənarında tapılıb.

Conson 2012-ci ildə 17 yaşlı qız əleyhinə cinsi zorakılıq ittihamı ilə suçlanıb.

Bu ittihamın ardınca, ABŞ-ın respublikaçı və demokrat rəhbərləri ondan öz vəzifəsindən istefa verməsini istəyiblər. Lakin o çərşənbə axşamı günü mətbuat konfransında istefa verməyəcəyini bildirib.

Keçmiş əməkdaşı əleyhinə cinsi zorakılıqda suçlanan ABŞ Nümayəndələr Palatasının bir üzvü Con Konyers istefa verib.

Bleyk Farentold, Ruben Kihuen və Al Franklin ABŞ Konqresinin cinsi zorakılıqda suçlanan digər üzvləridir.

ABŞ prezidenti Donald Tramp da 2005-ci ildə cinsi zorakılıqda suçlanıb.

Teqlər