Malayziyada Qüdsü himayə aksiyası keçirilib
Dek 15, 2017 16:55 Asia/Baku
		- 
					
									Malayziyada Qüdsü himayə aksiyası keçirilib  
Malayziyanın paytaxtı Kualalampur şəhərində ABŞ səfirliyi qarşısında Trampın Qüdsü işğalçı İsrail rejiminin paytaxtı kimi tanımasına etiraz olaraq aksiya keçirilib.
İRNA-nın məlumatına görə, Trampın Qüdslə bağlı qərarından qəzəblənmiş paytaxt sakinləri bu gün cümə namazında iştirak etdikdən sonra ABŞ-ın Kualalampurdakı səfirliyinə doğru yürüş ediblər. 
ABŞ səfirliyi önündə bir araya gələn aksiya iştirakçıları prezident Trampın ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə bağlı qərarını ləğv etməsini istəyiblər. 
Bu etiraz aksiyasında Tramp əleyhinə şüarlar səsləndirilib və Fələstin xalqı və Qüds ilə həmrəyliyə təkid edilib.