Rusiyada dünyanın ən sürətli ovlayıcı qırıcısı konstruksiya olunub
https://azeri.sahartv.ir/news/dünya-i290065-rusiyada_dünyanın_ən_sürətli_ovlayıcı_qırıcısı_konstruksiya_olunub
Miq təyyarəqayırma şirkəti dünyanın ən sürətli qırıcı-ovlayıcı təyyarəsini konstruksiya edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 23, 2017 09:24 Asia/Baku
  • Rusiyada dünyanın ən sürətli ovlayıcı qırıcısı konstruksiya olunub
    Rusiyada dünyanın ən sürətli ovlayıcı qırıcısı konstruksiya olunub

Miq təyyarəqayırma şirkəti dünyanın ən sürətli qırıcı-ovlayıcı təyyarəsini konstruksiya edib.

Rusiya dövlətinin mətbuat orqanı olan "Rossiyskaya qazeta"nın məlumatına görə, Rusiya dumasının təhlükəsizlik və müdafiə komitəsinin sədri Viktor Bondarev deyib: Beşinci nəsildən olan "Miq-41" və ya uzaq mənzilli ovlayıcı təyyarə lokatorlardan maksimum gizlənə biləcək dünyada ən sürətli qırıcı-bombardmançı təyyarə olacaqdır.

Bondarev əlavə edib: Bu təyyarə nəinki bombardmançılar, pilotsuzlar, qanadlı raketlər kimi az manevrli standart təhdidlərlə, həm də səs sürətindən yuxarı olan raketlərlə də mübarizə aparacaqdır.

Bu məlumata görə, Miq-41 ovlayıcı qırıcısı hazırda elmi-sınaq mərhələlərini keçirir.

Yeni rus qırıcısı yeni silahlarla, o sıradan R-37 tipli hava-hava raketlərilə təchiz olunacaqdır.