Dek 28, 2017 10:45 Asia/Baku
  • İspaniya NATO-da əlavə hərbi xərcləri öz üzərinə götürüb
    İspaniya NATO-da əlavə hərbi xərcləri öz üzərinə götürüb

ABŞ prezidentinin NATO üzvlərinə qarşı hədə-qorxularından sonra İspaniya dövləti bu hərbi alyans qarşısında 2024-cü ilədək öz hərbi xərclərini 80 faiz artıraraq 18 milyard avroya çatdıracağı barədə öz üzərinə öhdəlik götürüb.

El Pais qəzetinin yazdığına görə, İspaniya dövləti NATO baş katibi Yens Stoltenberqə ünvanladığı məktubda bu hərbi alyansın Velz sammitinin qərarını yerinə yetirmək üçün hazırladığı yol xəritəsini təqdim edib. 

2014-cü ildə Velzdə keçirilən NATO sammitində qərara alındı ki, hər bir üzv ölkə özünün Ümum Daxili Məhsulunun 2 faizini hərbi xərclərə ayırsın. Bu məqsədin 2024-cü ilədək reallaşdırılması nəzərə alınıb. 

ABŞ prezidenti Donald Tramp may ayında Brüsseldə NATO rəhbərləri ilə ilk görüşündə NATO üzvlərinin Amerikaya böyük məbləğdəki borclarından söhbət açaraq demişdi ki, NATO-nun 28 üzvündən 23-ü üzərinə düşən xərcləri ödəmir və bu amerikalı vergi ödəyicisi üçün ədalətsizlikdir. 

Tramp hətta bildirmişdi ki, Amerika ilə Avropa arasındakı hərbi xərclər arasında 2 faizlik fərq kifayət etmir. 

Amerika, Britaniya, Yunanıstan, Estoniya və Polşa Velz sammitinin qərarını yerinə yetirərək ÜDM-nin 2 faizini NATO xərclərinə ayırırlar. 

Teqlər