Özbəkistan prezidenti: Vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması bu ölkə dövlətinin əsas vəzifəsidir
Yan 01, 2018 21:29 Asia/Baku
Özbəkistan prezidenti 2018-ci ilin bu ölkənin inkişafı üçün dönüş nöqtəsi olacağını bildirərək, deyib: Yeni ildə dövlətin əsas vəzifəsi, xalqın həyat şəraitinin yaxşılaşdırılması və ölkədə sabitlik və sülh atmosferinin möhkəmləndirilməsidir.
Şavkat Mirziyoyev bu ölkə xalqına ünvanladığı yeni milad ili müraciətində deyib: Ölkə üçün bəzi problemlərin olmasına rəğmən, xalqın 2017-ci ildəki fəaliyyəti nəticəsində beynəlxalq səhnələrdə uğurlara malik olmuşuq.