Myanma müsəlmanları hər gün yeni böhranlarla üzləşir
Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyinin son hesabatına görə, istər didərginlərin düşərgəsi, istərsə də Myanmada rohinca müsəlmanları hər gün yeni böhranlarla üzləşirlər. Hətta Myanmadan qaçmaq da onlar üçün çətinləşir.
Myanma ordusu ilk dəfə olaraq rəsmən elan edib ki, bu ölkə hərbçiləri çoxlu sayda rohinca müsəlmanını qətlə yetiriblər. Bu etiraf, bir müddət öncə müsəlman sakinli bölgədə kütləvi məzarlığın aşkar edilməsindən sonra olunub. Beynəlxalq dairələrin ötən aylarda qətlə yetirilən rohincaların sayını təxminən 7 min nəfər elan etdiyi halda, Myanma dövləti bu məsələni inkar etməyə çalışır.
Myanmalı müsəlman deyib: Onlar mənim uşağımı və bir neçə uşağı tutdular və ağaca bağladılar. Sonra isə gözümüzün qabağında qətlə yetirdilər.
BMT rəsmisi deyib: Faktlar Myanma ordusunun insanları qətlə yetirmək üçün hərbi vasitələr və helikopterdən istifadə etdiyini göstərir.
2017-ci milad ilinin son ayında 2 mindən çox rohinca müsəlmanı Myanmadan qaçıb və Banqladeşə daxil olub. BMT-nin Miqrasiya Agentliyinin hesabatına görə, 2018-ci il də bu müsəlmanlar üçün yaxşı başlamayıb və ötən günlərdə Myanmadan qaçanların sayı artmışdır. Bu məsələ zorakılıqların davam etdiyini göstərir. Bu arada Myanma lideri Anq San Suçi hökumətinə təzyiqləri azaltmaq üçün müsəlmanların Myanmaya qayıtmaları üzrə razılaşmadan söz açıb.
Rohinca müsəlmanı deyib: Həyatımız təhlükədə olduğu halda, necə qayıda bilərik? Biz Myanmada həmişə qaçmalı və gizlənməli idik.
Son vaxtlar Myanmanın Raxin əyalətində baş verən cinayətlər haqda araşdırma aparmaq istəyən iki jurnalist saxlanılıb. Bildirilir ki, bu iki şəxs rohincaların etnik-təmizlənməsi üçün ordu komandanlarının xüsusi göstərişləri haqda sənədlər əldə edib.
Həbs olunan jurnalist deyib: Biz həqiqətləri kəşf etmək ardıncayıq. Onların bizimlə davranışı ədalətsizlikdir.
Myanmada müsəlmanların mütəşəkkil şəkildə qırğın edilməsi haqda araşdırma aparmağa kimsənin haqqı yoxdur.