Tunisdə etirazlar başlanıb
Tunisdə iki günlük nisbi sakitlikdən sonra etirazçılar paytaxtda aksiya keçiriblər. Aksiya polislə qarşıdurma ilə nəticələnib.
Röytersin verdiyi məlumata görə, etirazçılar dünən hökumətə qarşı şüarlar səsləndirərək avtomobillərə ziyan vurublar və polisin müdaxiləsi ilə toqquşmalar baş verib.
Tunisdə etirazlar yanvarın əvvəlində məhsulların bahalaşması və subsidiyaların ləğv edilməsi barədə yeni qanunun qəbul edilməsindən sonra formalaşdı.
Tunis dövləti ölkənin milli valyutasının dəyərinin son dərəcə azalması və büdcə kəsrinin baş verməsinə görə iqtisadi qənaət siyasəti həyara keçirməkdədir.
BMT insan haqları bürosunun bildirdiyinə görə, Tunisdəki son etirazlarda 800 vətəndaş həbs edilib və bir nəfər ölüb.
Deyilənlərə görə bu etirazlarda təhülkəsizlik qüvvələrindən də 97 nəfər yaralanıb.