Yan 18, 2018 17:39 Asia/Baku
  • İtaliyada bir vəkil hicablı olduğuna görə məhkəmədən çıxarılıb
    İtaliyada bir vəkil hicablı olduğuna görə məhkəmədən çıxarılıb

İtaliyanın Boloniya şəhərindəki bir məhkəmənin hakimi bir müsəlman qadın vəkili baş örtüyündən istifadə etdiyinə görə, məhkəmədən çıxarıb.

Həmin hakim bu qadın vəkilə xəbərdarlıq edib ki, əgər məhkəmə iclasında iştirak etmək istəyirsə, islami hicabdan və baş örtüyündən istifadə etməməlidir.

Bu məlumata görə, Mərakeşdən olan 25 yaşlı Əsma Bilfikir italiyalı hakimin islamofob göstərişini qəbul etməyib və hicabın qorunmasını məhkəmədə iştirakdan üstün tutubdur.

Bilfikir sonra medialarla müsahibədə özünün bu xoşagəlməz təcrübəsini şərh edərək, Boloniya şəhər hakiminin anti-İslam və qeyri-peşəkar rəftarını tənqid edibdir.

Qərb ölkələrindəki islamofob münasibətlər bu ölkələrin müsəlman vətəndaşlarını böyük sıxıntılarda qoyubdur.

Teqlər