Rusiya: ABŞ-ın Suriyanın kimyəvi silahlardan istifadə etməsi ilə bağlı iddiaları əsassızdır
-
Rusiya: ABŞ-ın Suriyanın kimyəvi silahlardan istifadə etməsi ilə bağlı iddiaları əsassızdır
Rusiyanın Müdafiə Nazirliyi şənbə günü bir bəyanat yayaraq, ABŞ-ın Suriya dövlətini kimyəvi silahlardan istifadə etməkdə ittiham etməyə çalışmasına işarə edərək, bu iddiaların heç vaxt faktlara əsaslanmadığını deyib.
İRİB-nin verdiyi məlumata görə, Rusiyanın Müdafiə Nazirliyi Vaşinqtonun iddialarının əsassız olduğunu deyərək, bildirib: ABŞ hökuməti davamlı olaraq terrorçuların kimyəvi silahlardan istifadəsi ilə bağlı faktları görməməzliyə vurur.
Rusiyanın Müdafiə Nazirliyi cümə günü bildirib ki, Amerikanın Suriyanı kimyəvi silahlardan istifadə etməkdə ittiham etməsinin arxasında terrorçuları xilas etmək planı dayanır.
4 aprel tarixində Suriyanın Xan Şeyxun məntəqəsində kimyəvi silahdan istifadə edərək, törədilən şübhəli hücum aktında yüzdən çox insan ölmüş, təqribən 400 nəfər isə yaralanmışdı.
Bu şübhəli hücum aktından sonra, ABŞ-ın başçılıq etdiyi Qərb cəbhəsi dərhal Xan Şeyxun hadisəsinə görə Suriya dövlətini müqəssir elan etməyə cəhd göstərdi. Dəməşq isə bu ittihamları qətiyyətlə rədd etdi.
Analitiklərin dediklərinə görə, Suriya dövlətinin kimyəvi silahlardan istifadə etməsi ilə bağlı ittihamlar beynəlxalq ictimaiyyətin diqqətini həqiqətlərdən yayındırmaq və reallıqları olmadığı formada təqdim etmək məqsədini daşıyır.
Rəsmi məlumatlara görə, terrorçular dəfələrlə İraq və Suriyada kimyəvi silahlardan istifadə ediblər. Amma, ABŞ hökuməti gözlərini bu cinayətlərə yumaraq, terrorçulara olan yardımlarını davam etdirir.