Finlandiya BƏƏ-yə silah satışının durdurulmasını istədi
Finlandiya prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Yəmən əleyhinə müharibədə iştirak etdiyinə toxunaraq ölkəsinin Ərəb Əmirliklərinə silah ixracatı üzrə yeni icazə verməkdən çəkinməsini istəyib.
STV televiziyasının məlumatına görə, Finlandiya prezidenti Sauli Ninisto bazar ertəsi günü Yəmənin vəziyyətindən nigaranlıq edərək bildirib: BƏƏ ordusu Finlandiyanın Patria şirkətinin təmin etdiyi zirehli BTR-dən Yəmən müharibəsində istifadə edib.
Finlandiya prezidentinin bu açıqlaması ilə yanaşı qeyd edək ki, bu ölkə hökuməti ötən həftə Patria şirkətinin BƏƏ-yə silah ixracatı üzrə lisenziyasının müddətini uzadıb.
BƏƏ 2016-cı ildə Finlandiyanın silah ixrac etdiyi əsas ölkə olmuşdur və Patria şirkəti həmin ildə 40 ədəd BTR-i BƏƏ-yə satmışdır.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası, BƏƏ-nin iştirakı və ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə hücum edib. Bu hərbi təcavüz on minlərlə yəmənlinin həlak olması, yaralanması və 3 milyon nəfərin didərgin düşməsi ilə nəticələnib.