Rusiya gəmisi 21 ekipaj üzvü ilə yoxa çıxıb
https://azeri.sahartv.ir/news/dünya-i293485-rusiya_gəmisi_21_ekipaj_üzvü_ilə_yoxa_çıxıb
Rusiyanın Fövqəladə Hallar Nazirliyi bir bəyanat yayaraq bu ölkənin Vestok adlı bir balıqçılıq gəmisinin 21 ekipaj üzvü ilə bərabər Yaponiya dənizində yoxa çıxmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2018 15:39 Asia/Baku
  • Rusiya gəmisi 21 ekipaj üzvü ilə yoxa çıxıb
    Rusiya gəmisi 21 ekipaj üzvü ilə yoxa çıxıb

Rusiyanın Fövqəladə Hallar Nazirliyi bir bəyanat yayaraq bu ölkənin Vestok adlı bir balıqçılıq gəmisinin 21 ekipaj üzvü ilə bərabər Yaponiya dənizində yoxa çıxmasından xəbər verib.

Sinxuanın verdiyi məlumata görə, Rusiyanın FHN bu gün bir bəyanatda bildirib: İlkin məlumatlara görə, Yaponiya dənizi ərazisində Primurski sahillərindən 200 km aralıda bu gəminin fövqəladə siqnalı müşahidə olunub amma onunla əlaqə yaratmaq üçün bütün səylər nəticəsiz qalıb. 

Yoxa çıxanların axtarışı davam edir və Rusiyanın sahil qvardiyası əraziyə qüvvələr göndərib. Rusiya Müdafiə Nazirliyi də itkin düşmüş gəminin tapılması üçün əraziyə 8 vertolyot göndərib.