ABŞ-da gənc iranlının qətlinə etiraz üzrə aksiya
Yan 28, 2018 21:45 Asia/Baku
ABŞ-da yaşayan yüzlərlə iranlı Vaşinqton DC-də bir iranlı gəncin qətlə yetirilməsinə etiraz üzrə aksiya keçirib.
İRİB-in məlumatına görə, paytaxt Vaşinqton DC-də Bijən Qeysərin ailəsinin dəvəti əsasında keçirilən aksiyada iranlı etirazçılar ABŞ hökumətindən polisin ədalətsizliyi işinin Federal Təhqiqat İdarəsinə təhvil verilməsini və bu işin yüksək səviyyədə araşdırılmasını istəyiblər.
ABŞ polisi son günlər İran-ABŞ vətəndaşı olan Bijən Qeysərə həlak olması ilə nəticələnən zorakılıq hərəkətinin kadrlarını yayımlayıb.
ABŞ mediaları 2017-ci il noyabr ayında bildiriblər: Bu ölkə polisi silahı olmayan Bijən Qeysərə doğru atəş açıb və onu qətlə yetirib.
Virciniya Universitetinin məzunu olan Bijən Qeysər əslən iranlıdır.