Özbəkistan bir neçə ölkəyə viza rejimini ləğv edəcək
Fev 04, 2018 19:34 Asia/Baku
Özbəkistan 10 fevraldan bir neçə ölkə vətəndaşları üçün viza rejimini ləğv edəcək.
Fars Xəbər Agentliyinin məlumatına görə, Özbəkistan prezidenti Şavkat Mirzoyevin turizmin inkişafına dair göstərişindən sonra, 10 fevraldan İndoneziya, Cənubi Koreya, Malayziya, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları viza almadan 30 gün müddətinə Özbəkistana səfər edə bilərlər.
Beləliklə viza almadan Özbəkistana səfər edə biləcək ölkələrin sayı 16 ölkəyə çatacaq.
Həmçinin 1 iyuldan Özbəkistanda elektron viza xidməti icra olunacaq.