Amerikalı şagirdlər məktəblərdə qətllərin artmasına etiraz ediblər
https://azeri.sahartv.ir/news/dünya-i296253-amerikalı_şagirdlər_məktəblərdə_qətllərin_artmasına_etiraz_ediblər
Vaşinqtonda şagirdlər Floridada silahlı insidentə etiraz olaraq simvolik şəkildə Ağ Evin qarşısında üç dəqiqə müddətinə yerə uzanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 20, 2018 06:57 Asia/Baku
  • Amerikalı şagirdlər məktəblərdə qətllərin artmasına etiraz ediblər

Vaşinqtonda şagirdlər Floridada silahlı insidentə etiraz olaraq simvolik şəkildə Ağ Evin qarşısında üç dəqiqə müddətinə yerə uzanıblar.

CNN-in məlumatına görə, Floridada Parkland məktəbində Nikolas Kruzun üç dəqiqə müddətinə atəş açdığına görə, etirazçı məktəblilər simvolik şəkildə üç dəqiqə müddətinə yerə uzanıblar. Belə ki, amerikalı siyasətçilərin etinasızlığı və  şəxsi silaha nəzarət üzərində danışıqlar haqda siyasi dalana etiraz ediblər. 

Məlumata görə, Vaşinqtonda Ağ Evin qarşısında baş tutan etirazda 17 məktəbli iştirak edib.