İspaniya kralının Barselona şəhərinə ilk səfərində yüzlərlə nəfər aksiya keçirib
Fev 26, 2018 16:27 Asia/Baku
İspaniya kralı "Altıncı Flipp" separatçılıq referendumunun keçirilməsi zamanından bəri Kataloniyaya olan ilk səfərində yerli əhalinin etiraz aksiyası ilə üzləşibdir.
İspaniya kralı mobil telefon texnologiyası üzrə beynəlxalq sərginin açılış mərasimində iştirak üçün Barselonaya daxil olarkən etirazçılar ona qarşı şüar veriblər. Polis qüvvələri etirazçıların qarşısında durublar. Kataloniya məntəqəsinin tanınmış siyasətçiləri, o sıradan Barselona meri xanım Ada Kolay İspaniya kralının bu sərgiyə gəlməsinə qarşı çıxıblar. Kolay deyib ki, o, bu kralın onun "Kataloniya məntəqəsinin istiqlal hərəkatı" adlandırdığı hərəkətin yatırılmasına dəstək verməsinə etiraz edir.