Mart 03, 2018 22:06 Asia/Baku
  • Tereza Mey bir daha brexit-in təkrarlanmasını rədd edib
    Tereza Mey bir daha brexit-in təkrarlanmasını rədd edib

İngiltərənin baş naziri brexit üçün digər bir referendumun keçirilməsini rədd edərək, deyib ki, ölkəsinin xalqı Avropa Birliyini tərk etmək üzrə qərarına gəlibdir.

Tereza Mey "Di Volt" alman qəzeti ilə müsahibədə vurğulayıb: Brexit barədə heç bir digər referendum keçirilməyəcək və öncəki qərara hörmət edilməli və icra olunmalıdır.

İngiltərənin baş naziri deyib ki, bu ölkə xalqı 2016-cı il referendumunda Avropa Birliyindən çıxmaq barədə öz qərarını verib və bu qərar 2019-cu il martın 29-da həyata keçiriləcəkdir.

Tereza Mey brexit prinsipinə və onun bu barədəki icra tərzinə qarşı günbəgün artan müxalifətlərə toxunmadan deyib: Parlament üzvlərinin əksər hissəsinin də fikri budur ki, Avropa Birliyindən çıxmaq barədəki qərara hörmət edilməlidir.

İngiltərə xalqının əlli faizindən çoxu 2016-cı il 23 iyun referendumunda bu ölkənin Avropa Birliyindən çıxmasının lehinə səs verdi.

Teqlər