Rusiyanın ingilis agentin ölümündə əlinin olması təkzib olunub
https://azeri.sahartv.ir/news/dünya-i297973-rusiyanın_ingilis_agentin_ölümündə_əlinin_olması_təkzib_olunub
Kreml İngiltərədəki keçmiş rus agent Sergey Skripalın zəhərlənməsində Rusiyanın əlinin olmasını rədd edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 08, 2018 09:18 Asia/Baku
  • Rusiyanın ingilis agentin ölümündə əlinin olması təkzib olunub
    Rusiyanın ingilis agentin ölümündə əlinin olması təkzib olunub

Kreml İngiltərədəki keçmiş rus agent Sergey Skripalın zəhərlənməsində Rusiyanın əlinin olmasını rədd edibdir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu barədə deyib: İngiltərə Rusiyanı bu məsələdə müqəssir bilməzdən öncə araşdırma aparmalıdır.

O, ingilis siyasətçilər və jurnalistləri Rusiyaya zərbə vurmağa səy göstərməkdə ittiham edib və onu anti-rus cəhdlərin bir hissəsi adlandırıb.

İngiltərə polisinin müstəntiqləri bu ölkədə ikitərəfli rus casusu və onun qızını naməlum bir maddə ilə zəhərləmiş şəxsi tapmaq üzrə səylərə başlayıblar.

2010-cu ildə ABŞ ilə Rusiya arasında aparılan bir casus mübadiləsində İngiltərəyə sığınmış 66 yaşlı Sergey Skripal ötən bazar günü qızı ilə birgə İngiltərənin cənubunda yerləşən Solsberi şəhərindəki bir satış mərkəzinin yaxınlığında "naməlum bir maddə" ilə təmas nəticəsində huşunu itirərək, xəstəxanaya köçürülüb. 

İngilis siyasətçilər və jurnalistlər bu hadisədən sonra Rusiyanı həmin məsələdə əlinin olmasında ittiham ediblər; bu da Rusiya rəsmilərinin hiddətinə səbəb olubdur. İngiltərə polisi ötən gün ilk dəfə olaraq təsdiq edibdir ki, qəsdən törədilmiş həmin hadisədə sinir sisteminə qarşı yönəlmiş amildən və ya qazdan istifadə olunubdur. Onlar bildiriblər ki, hazırda qətlə cəhd məqsədi güdən bu iş üzərində təhqiqat aparırlar.