Mart 09, 2018 18:23 Asia/Baku
  • İspaniyada qadınların tarixi aksiyası

Yüz minlərlə qadın cümə axşamı "8 Mart" beynəlxalq qadınlar günü münasibəti ilə İspaniyanın müxtəlif şəhərlərində aksiyalar təşkil edərək, bərabər ictimai hüquqların təmin edilməsini və ayrı-seçkiliyə son qoyulmasını istəyiblər.

İspaniyanın Efe informasiya agentliyinin verdiyi məlumata görə, fəhlə və işçi sindikatları cümə axşamı baş tutan aksiyalarda təqribən 6 milyon insanın iştirak etdiyini bildiriblər.

İspaniyanın fəhlə və işçi sindikatlarının bildirdiklərinə görə, paytaxt Madriddə keçirilən yürüşdə 170 min insan iştirak edib. Bu da bəzi metro stansiyalarının bağlanmasına və bir çox insanın yürüşdə iştirak edə bilməməsinə səbəb olub.

Barselonada da ötən illərin ən iri aksiyası keçirilib. təqribən 600 min insan 8 Mart yürüşündə iştirak edib.

İspaniyanın fəhlə sindikatlarının bildirdiklərinə görə, qadınların cümə günü təşkil etdikləri aksiyalar təqribən 300 sürət qatarının hərəkətinin ləğv edilməsinə səbəb olub. Avtomobilqayırma, kənd təsərrüfatı, ticarət və dövlət xidmətləri o cümlədən təhsil və müəlicə mərkzələri də bu aksiyanın təsiri altına düşüb.

Bu məlumata görə, beynəlxalq qadınlar günü bu il İspaniyada unudulmaqda olan qadın məsələlərinin yenidən gündəmə gəlməsinə səbəb olub. İspaniyada qadınlar daha az əmək  haqlarına malik olmaqla yanaşı, cinsi istismara da məruz qalırlar. Həmçinin, ictimai fəaliyyətlərdə olduğu kimi, ailədə də qadınlar ayrı-seçkiliyə məruz qalırlar.

Teqlər