Banqladeş təyyarəsi Nepalda süqut edib; azı 50 nəfər həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i298377-banqladeş_təyyarəsi_nepalda_süqut_edib_azı_50_nəfər_həlak_olub
Banqladeş təyyarəsinin Nepalda süqut etməsi nəticəsində azı əlli nəfər həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 12, 2018 14:29 Asia/Baku
  • Banqladeş təyyarəsi Nepalda süqut edib; azı 50 nəfər həlak olub
    Banqladeş təyyarəsi Nepalda süqut edib; azı 50 nəfər həlak olub

Banqladeş təyyarəsinin Nepalda süqut etməsi nəticəsində azı əlli nəfər həlak olub.

Nepal rəsmiləri bildiriblər ki, bu gün Katmandu hava limanının yaxınlığında süqut etmiş Banqladeş təyyarəsinin 71 sərnişinindən əlli nəfəri həlak olub.

İndiyədək bu hadisədə zədələnmiş iyirmi nəfər xəstəxanaya köçürülübdür.

Bu təyyarə eniş zamanı yanğına düçar olubdur.

Uca sıra dağlarına malik olan Nepal indiyədək müxtəlif hava qəzalarının şahidi olubdur.