Mart 26, 2018 11:00 Asia/Baku
  • Britaniyanın Skripal barədə iddiaları quldurluğa bənzəyir
    Britaniyanın Skripal barədə iddiaları quldurluğa bənzəyir

Kremlin sözçüsü Dmitri Peskov deyib: Britaniyanın Salzberi şəhərində sabiq rus casusunun zəhərlənməsində Rusiyanın əlinin olmasına dair iddiaları quldurluqdan az bir şey deyil.

Pekov deyib: Hesab edirik ki, Britaniyanın bu barədəki rəftarının nümunəsinə keçmişdə rast gəlmək qeyri-mümkündür. Britaniyanın bu rəftarı əslində quldurluq kimidir. Buna səbəb nədir? Bəlkə Britaniyanın daxili problemləri yaxud Londonun öz müttəfiqləri ilə əməkdaşlıq tərzi, bəlkə də başqa amillər buna səbəb olub. 

Kremlin sözçüsü deyib: Britaniya ilə Rusiya arasında çaxnaşmalı vəziyyətin gərginləşməsində Putin təmkinlik nümayiş etdirib və Rusiyanın daxili məsələlərinə təmərküzləşib. 

Moskva Skripal və onun qızına qarşı 4 mart hücumunda əlinin olmasını rədd edir. Skripalın zəhərlənməsi ikinci dünya mühribəsindən sonra Avropada Noviçok sisnir qazından istifadə edilməsinin ilk nümunəsi hesab olunur. Bu hadisədən sonra Britaniya dövləti, 23 rus diplomatını bu ölkədən qovdu və buna reaksiya əlaməti olaraq Rusiya da oxşar addımda 23 İngilis diplomatını Rusiyadan qovdu.

Teqlər