Amerikalı dəniz piyadalarının komandanı İŞİD-lə mübarizədə acizliyi etiraf edib
ABŞ-ın dəniz donanması piyadaları komandanı Vaşinqtonun İŞİD-lə mübarizədə strategiyası barədə deyib: ABŞ bütün Afrika və Yaxın Şərqdə terrorizmlə mübarizə üçün yetərli potensiala malik deyil.
Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Vaşinqtonda Atlantik Şurasında ABŞ Dəniz Donanması piyadaları komandanı Robert Neller deyib: Dünya böyükdür və elə buna görə, başqa ölkələrlə müttəfiqlik yaratmaq və birgə şəkildə milli müdafiə strategiyasının bir hissəsidir.
ABŞ Dəniz Donanması piyadaları komandanı əlavə edib: Bu ölkə sonda öz hərbçilərini regiondan çıxardığı vaxtda yerli qüvvələr terrorizmlə təklikdə mübarizə aparmalıdırlar.
ABŞ-ın başçılıq etdiyi koalisiya 2014-cü il sentyabrda İŞİD terror qruplaşması ilə mübarizə iddiası ilə təşkil olundu. Lakin etibarlı faktlar vardır ki, bu koalisiya İŞİD-lə mübarizə aparmamış, üstəlik müxtəlif zaman kəsiyində bu terror qruplaşmasına dəstək göstərmişdir.