Apr 07, 2018 09:08 Asia/Baku
  • Fransa universitetlərində tətil aksiyası
    Fransa universitetlərində tətil aksiyası

Fransada tələbələrin universitetlərə giriş qaydasına etirazı Paris universitetlərindən ən azı onunda tədrisin dayandırılmasına səbəb olub.

Döyçe Vole-nin verdiyi məlumata görə, fransalı tələbələr və məktəblilər etiraz aksiyaları təşkil edərək, yeni islahatların universitetlərin varlı təbəqənin ixtiyarına verilməsinə, orta və az gəlirli təbəqənin isə təhsildən məhrum olmasına səbəb olacağını bildiriblər. 

Bu məlumata görə, Parisin ətrafında yerləşən Pol Valeri Monpelye Universiteti tələbələrin barrikada qurması ilə tətil edilib. 

Bu universitetdə üzündə maska olan şəxslər tələbələrə hücum edərək, onları konfrans zalından çıxardıblar. Tələbələrə edilən hücuma etiraz olaraq universitetin rektoru istefa verib. Daha iki professor isə universitetdən kənarlaşdırılıb. 

Fransanın baş naziri Edvard Flip də ölkə parlamentində olaraq, tələbələrin etiraz aksiyasını ifratçı sağçı və solçul siyasi qruplarla əlaqələndirməyə çalışıb. 

Teqlər