Mərkəzi Afrika Respublikasının prezident sarayı yaxınlığında atışma
Mərkəzi Afrika Respublikasının təhlükəsizlik mənbələri silahllı şəxslərlə BMT sülhməramlılarının bu ölkənin prezident sarayı yaxınlığındakı toqquşmasından xəbər veriblər.
Mərkəzi Afrika Respublikasının təhlükəsizlik mənbələri bildiriblər ki, bu atışma dünən gecə bu ölkə prezidentinin paytaxt Banqi şəhərinin PK5 məhəlləsindəki iqamətgahı yaxınlığında baş verib və bu zaman bu ölkənin hərbçiləri ilə BMT sülhməramlıları yaraqlı şəxsləri geri oturdublar.
Mərkəzi Afrika Respublikasının təhlükəsizlik mənbələrinin bildirdiklərinə görə, həmin toqquşmada iki nəfər ölüb, bir qrup sülhməramlı daxil olmaqla 56 nəfər də yaralanıbdır.
Bu mənbələrin bildirdiklərinə görə, Mərkəzi Afrika Respublikasının hərbi qüvvələrilə BMT sülhməramlılarının birgə əməliyyatı bir neçə ay bundan öncə paytaxt Banqi şəhərinin PK5 məhəlləsində zorakılıq və toqquşmaların bərpa olmasının ardınca həyata keçirilibdir.
Mərkəzi Afrika Respublikası 2013-cu ildən bəri ölümcül bir böhrana qərq olub və bu ölkə dövləti milli ərazilərin təkcə kiçik bir hissəsini öz nəzarətində saxlayır.
Mərkəzi Afrika Respublikasındakı silahlı qruplar almaz və qızıl mənbələrinə, eləcə də mal-qaraya yiyələnmək üstündə bir-birilərilə mübarizə aparırlar.