Rusiyanın Suriya haqda qətnaməsi səs toplamadı
Rusiyanın Suriyada kimyəvi silahdan istifadə haqda araşdırma aparmaq üçün təklif etdiyi qətnamə səs toplamayıb.
İRİB-in məlumatına görə, BMT Təhlükəsizlik Şurasında ABŞ-ın Suriya əleyhinə təklif etdiyi qətnamə Rusiyanın vetosu ilə üzləşdikdən sonra, Moskvanın bu şuraya təklif etdiyi qətnamə səsverməyə çıxarılıb.
Ruisyanın təklif etdiyi qətnamə 6 lehinə, 7 əleyhinə və 2 bitərəf səslə qəbul olunmayıb.
Bu arada Suriya haqda təklif olunan üçüncü qətnamə də səs toplamayıb. Bu qətnamə İsveçin təklifi əsasında hazırlanmışdı və ABŞ və Britaniya veto hüququndan istifadə ediblər.
İsveç qətnamədə təklif etmişdi ki, Kimyəvi Silahlara Qadağa Təşkilatı iddia olunan kimyəvi hücum haqda Suriyanın Duma şəhərindən gələn məlumatları araşdırmağı iki həftə öz üzərinə götürsün.
Rusiya Xarici İşlər Nazirliyi bildirib: Suriyanın Duma şəhərində kimyəvi hücum haqda irəli sürülən iddialar sadəcə terrorçuların hərəkətlərini ört-basdır etmək və Suriyada xarici hərbi iştirakı əsaslandırmaq üçün izlənilir.