Rusiya hədə ilə Trampın cavabını verdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ prezidentinin Rusiyaya qarşı son təhdidlərinə reaksiya verib.
Rusiyanın NTV televiziyasının məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Donald Trampın yeni tvitindən bir neçə dəqiqə sonra bildirib: Sizin avtomat raketləriniz illərdir öz torpağında beynəlxalq terrorizmlə mübarizə aparan Suriyanın qanuni hökuməti deyil, terrorçuları hədəf almalıdır.
Tramp çərşənbə günü öz Twitter hesabında yazıb: Rusiya bizim raketlərimizi vuracağını bildirib. Rusiya hazır ol! Çünki bizim raketlər yoldadır. Əla, yeni və avtomat idarə olunan raketlər.
Rusiya Xarici İşlər Nazirliyi bildirib: Trampın dəm vurduğu avtomat idarə olunan raketlər Suriyada kimyəvi hücum haqda irəli sürülən bütün faktları məhv edə bilər.
Kremlin sözçüsü Dmitri Peskov da çərşənbə günü ABŞ-ın Suriyaya hərbi hücumu haqda hər hansı proqnozdan çəkinərək deyib: Rusiya Suriyada kimyəvi silahın mövcudluğu ilə bağlı bəzi qərb ölkələrinin iddiası haqda real araşdırmaların aparılmasını istəyir.