Fransada dəmiryolu işçilərinin tətili davam edir
https://azeri.sahartv.ir/news/dünya-i301852-fransada_dəmiryolu_işçilərinin_tətili_davam_edir
Fransada dəmiryolu işçilərinin tətili davam edir. Onlar bu sektordakı islahatlara etiraz edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2018 17:01 Asia/Baku
  • Fransada dəmiryolu işçilərinin tətili davam edir
    Fransada dəmiryolu işçilərinin tətili davam edir

Fransada dəmiryolu işçilərinin tətili davam edir. Onlar bu sektordakı islahatlara etiraz edirlər.

Fransa milli dəmiryolu şirkətinin həmkarlar ittifaqı dünən gecə öz tətilinin üçüncü etapına başlayıbdır. Bu tətil nəticəsində regional və ekspress qatarların üçdə biri, şəhərətrafı qatarların beşdə ikisi və adi qatarların beşdə biri tətil olubdur.

Fransa milli dəmiryolu şirkətinin gediş-gəlişlərdəki xələlin azaldılması üzrə səylərinə rəğmən, bu tətil bu gün dəmiryolu nəqliyyatında kəskin problemə səbəb olubdur.

Həmçinin universitet tələbələrinin ali təhsil sistemindəki islahatlara qarşı etirazları da Fransanın ondan çox şəhərində davam etməkdədir.

Bu məlumata görə, 200-300 nəfər dünən Parisdəki Sorbon universitetini işğal etdi, lakin bu işğal bir neçə saatdan çox sürmədi.

Universitetlərin işğal edilməsi və tələbələrin aksiyaları Fransanın bir neçə şəhərinə də çəkilibdir.

Fransa dövləti ilə müxalif olan tələbələr öz ölkələrində azadlıq və islahatların aparılmasını istəyirlər.