Apr 20, 2018 08:55 Asia/Baku
  • şlər Nazirliyinin binası təhlükəsizlik xəbərdarlığı ilə bağlı boşaldılıb
    şlər Nazirliyinin binası təhlükəsizlik xəbərdarlığı ilə bağlı boşaldılıb

Rusiya Xarici İşlər Nazirliyi bomba xəbərdarlığı səbəbiylə cümə axşamı günü gecə boşaldılıb.

Fars xəbər agentliyinin məlumatına görə, Rusiyanın Xarici İşlər Nazirliyindən təxminən 40 adam evakuasiya edilib.

Yardım və təhlükəsizlik qüvvələri Rusiya Xarici İşlər Nazirliyinin Moskvada yerləşən binasına gəliblər.

Terror təhdidləri Rusiya üçün mürəkkəb bir məsələyə çevrilibdir.

Son aylarda Rusiyada terror təhdidləri ölkədə 700 mindən çox ictimai bina və obyektin boşaldılmasına səbəb olubdur.

Təhdidlərin əksəriyyəti telefonla edilibdir.

Rusiyanın təhlükəsizlik rəsmiləri bu təhdidlərin ölkə xaricindən edildiyini və İŞİD terror qrupu üzvlərinin həmin təhdidlərdə rol oynadıqlarını bildiriblər.

Rusiya Suriya dövlətinin rəsmi dəvətilə 2015-ci ilin ortalarından etibarən bu ölkədə hərbi iştiraka malikdir. Rusiya özünün hava-kosmos bölməsindən istifadə edərək, İŞİD və Cibhətunnusrə terrorçularının mövqelərini bombalyır, eləcə də suriyalı hərbçilərin quru əməliyyatlarına dəstək verir.

Teqlər