Apr 29, 2018 14:31 Asia/Baku
  • Tramp federal hökuməti fəaliyyətini dayandırmaqla hədələdi

ABŞ prezidenti bir daha federal hökuməti fəaliyyətini dayandırmaqla hədələyib.

Röyters İnformasiya Agentliyinin məlumatına görə, ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, Konqres Meksika ilə sərhəd divarının çəkilməsi üzrə əlavə büdcəni təmin etməzsə, sentyabr ayında Federal Hökumətin fəaliyyətini dayandıracaq.

Tramp şənbə günü Miçiqan ştatında Meksika divarının çəkilməsi üzrə öz qərarının icrasını vurğulayıb və deyib: Ağ Ev divarın çəkilməsinə başlayıb və 1,6 milyard dollara ehtiyaclıdır. 28 sentyabra qədər bu məsələ ilə məşğul olacağıq və o zamana qədər sərhəd təhlükəsizliyi olmazsa, hökumətin fəaliyyətini dayandırmaqdan başqa seçim yoxdur.

Teqlər