BMT: Tufan və sel ruhinqalı didərginlərin həyatını hədələyir
BMT Banladeşdə sel yaradan tufan ərəfəsində ruhinqalı müsəlman didərginlərin təhlükəsiz məkanlara köçürülmələri vacibliyini vurğulayıb.
BMT bildiribdir ki, Banqladeşdəki 200 min ruhinqalı müsəlman didərgin təhlükəsiz düşərgələrə köçürülməldir, zira bu ölkədə şiddətli tufanlar mövsümü yaxınlaşır.
BMT yer sürüşməsi və ya selin baş verməsindən irəli gələn ehtimal olunan qurbanların sürətlə xilas edilmələri üçün yardım orqanlarının didərginlərin saxlanıldıqları bütün məntəqələrə çıxa bilmələrini zəruri adlandırıb.
Myanmanın Raxin vilayətində ifratçı buddistllərin və ordu qüvvələrinin ruhinqalı müsəlmanlara qarşı geniş cinayətləri nətcəsində ötən milad ili avqustun 25-dən bəri minlərlə nəfər ölüb və yaralanıb, yüz minlərlə nəfər isə didərgin düşübdür.