May 05, 2018 15:28 Asia/Baku
  • Air France-in direktoru istefa verib
    Air France-in direktoru istefa verib

Fransanın Air Franse aviaşirkəti işçilərinin on üç günlük tətili bu şirkətin direktorunu istefa verməyə məcbur etdi.

Fransanın Air Franse aviaşirkəti işçilərinin bu şirkətin əmək haqqılarının artrılması və tətillərin davam etdirilməsi barədə təklif etdiyi plana neqativ səs vermələrinin ardınca Air France-ın direktoru Jan Mark Janaillak istefa verib.

Janaillak bildirib ki, bu şirkətin işçilərinin onüçgünlük tətili və ötən iki ayda yaranmış çəkişmələr Air-France-ı zəiflədib və onun gələcəyini təhlükə ilə üzləşdiribdir.

Air France-ın işçilərinin geniş tətili indiyədək bu şirkətə 300 milyon avrodan çox xəsarət vurubdur.

Air France-ın işçiləri uzun müddətdir ki, öz məvaciblərinin Fransadakı inflyasiya göstəricisinə uyğun olaraq artırılmasını tələb edirlər.

Air-France bildirir ki, bu şirkətin işçilərinin əmək haqqılarının altı faiz artırılması mümkünsüzdür, zira belə olan halda, Air-France digər aviasiya şirkətləri ilə rəqabət apara bilməz.

 

Teqlər