May 08, 2018 20:33 Asia/Baku
  • İtaliyada nəzarət qüllələrində tətil
    İtaliyada nəzarət qüllələrində tətil

İtaliya hava limanlarında nəzarət qüllələrinin işçi kadrı tətil elan edib və nəticədə 700-dən çox uçuş ləğv olunub.

İtaliyanın ANSA xəbər agentliyinin verdiyi məlumata görə, bu ölkənin Milli Uçuş Xidmətləri Təşkilatının nəzarət qüllələri işçilərinin bu gün ümum ölkə tətil elan etmələri nəticəsində ölkə boyu 721 uçuş ləğv edilib. 

Bu tətil hava limanlarında sərnişinlərin çətin durumla üzləşmələrinə səbəb olub. 

Əmək sindikatları bu tətillərdə məqsədin əməkhaqlarının artırılması və iş rejiminin yaxşılaşdırılması olduğunu bildiriblər. 

Teqlər