May 20, 2018 12:27 Asia/Baku
  • ABŞ-da 2016-cı il seçkilərinə müdaxilə-reportaj
    ABŞ-da 2016-cı il seçkilərinə müdaxilə-reportaj

The New York Timse qəzeti qalmaqallı bir reportajda ABŞ prezidenti Donald Trampın seçki komandasının Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə pərdəarxası əlaqələrini ifşa edib.

The New York Timse qəzetinin yazdığına görə, Trampın böyük oğlu Tramp Conior 2016-cı il prezident seçkilərindən bir neçə həftə öncə BƏƏ və Səudiyyə Ərəbistanının xüsusi nümayəndəsi Corc Nadir ilə görüşüb. 

Bu görüşdə Coel Zamel adlı  İnformasiya Texnologiyaları,sosial şəbəkələr vasitəsi ilə ümumi fikrin yönləndirilməsi və psixoloji dalğaların yaradılması  üzrə bir sionist ekspert də iştirak edibmiş.

BƏƏ və Səudiyyənin nümayəndəsi bu görüşdə bu iki ölkə vəliəhdlərinin Trampın seçkilərdə qələbə çalmasına yardım etməkdə maraqlı olduqlarını bildirib.

Bu qalmaqallı reportajın təqdim etdiyi məlumatlar, ABŞ seçkilərinə xaricilərin müdaxiləsi və onların Trampın qələbə çalmasındakı rolu barədə araşdırmala prossesini yeni mərhələyə daxil edə bilər. 

Səudiyyə Ərəbistanı və BƏƏ-nin Trampa dəstək vermələrinin səbəblərindən biri onun eks perzident Barak Obamanın Asiyanın qərbindəki siyasətləri o sıradan İranla nüvə anlaşmasına qarşı çıxması idi. 

2016-cı il 3 avqustda Nyu-Yorkda Tramp qülləsində baş tutan bu görüşdə məqsəd, İrana nüvə proqramını tam şəkildə kənara qoymaq üçün təzyiq göstərmək məqsədi ilə iqtisadi zərbə vurmaq, iranlı rəsmilərdə etimadsızlıq yaratmaq və İran İslam Respublikasını devirməyə cəhd göstərməkdən ibarət olub. 

Tramp hökuməti fəaliyyətə başladığı gündən bəri ƏMTP-dən çıxmaq kimi hərəkətləri ilə, regionun bəzi ərəb ölkələrinin və sionist rejimin başçılarının istəkləri istiqamətində böyük addımlar atıb.

Digər tərəfdən Tramp hakimiyyətə gəldiyi gündən bəri Səudiyiyə rejimi və onun ortaqlarının regional tələbləri ilə eyni istiqamətdə hərəkət edərək, regionun varlı ərəb dövlətlərini istismar etmək ardıncadır. 

Buna görə də , ABŞ-ın alverçi prezidenti Səudiyyə Ərəbistanına səfərində  bu ölkə ilə 450 milyard dollar dəyərində müqavilələr o sıradan da 110 milyard silah müqaviləsi imzaladı.  

Tramp region dövlətlərinin ABŞ-ın dəstəyi olmadan bir həftə belə davam gətirə bilməyəcəklərini təkrar söyləyərək, asılı dövlətlərin ABŞ-ın yeni strategiyasına qarşı hərhansı müqavimətinin onların devrilməsi ilə nəticələnəcəyinə dair xəbərdarlıq edib. 

Region sərvətini beləcə istismar etmək, regionun ərəb ölkələri üçün çətin günlər yaradacaq. Bundan qurtarmaq üçün region ölkələri nəticəsiz rəqabətləri qarşılıqlı anlaşma və əməkdaşlıq ilə əvəz etməlidirlər. 

Teqlər