May 22, 2018 14:46 Asia/Baku
  • Fransanın 140 şəhərində hökumət əleyhinə aksiya
    Fransanın 140 şəhərində hökumət əleyhinə aksiya

Bu gün çərşənbə axşamı günü Fransanın 140-dan çox şəhərində hökumət əleyhinə aksiyalar keçirilib.

İRİB-in məlumatına görə, bu gün keçirilən aksiyalar Fransa prezidenti Emmanuel Makronun iqtidara gəlməsindən sonra hökumət əleyhinə ən böyük aksiya hesab olunur. Bütün sindikatlar, işçilər və hökumət və özəl sektorun maaşlı işçilər aksiyalara qatılıblar.

Parisdə də bu aksiya yerli vaxtla saat 14:00-da şərq dəmiryolundan başlanmalıdır.

Bununla yanaşı Fransa dəmiryol sektorunun işçilərinin aksiyaları bu gün də davam edir. Bu aksiya Milli Dəmiryol Şirkətinə yüz milyonlarla dollar ziyan vurmuşdur.

Bütün sindikatların birliyi ilə keçirilən Fransadakı etiraz aksiyaları hökumətin siyasətlərinə, əsasən də maaşların ödənilməsi ilə bağlı bərabərsizliyə etiraz məqsədilə keçirilir.

Teqlər