İyun 06, 2018 15:44 Asia/Baku
  • Quatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb
    Quatemalada vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb

Quatemala rəsmiləri bu ölkədə baş verən vulkan püskürməsi nəticəsində ölənlərin sayının artmasından xəbər veriblər.

Röytersin verdiyi məlumata görə,Quatemala rəsmiləri dünən gecə bildiriblər ki, ölkənin cənubunda Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 75 nəfər çatıb və 192 nəfər də itgin düşüb. 

Quatemala rəsmiləri dünən Fueqo vulkanında növbəti partlayışın baş verəcəyi barədə xəbərdarlıq etmişdilər . Fueqo 40 ildən sonra yenidən aktivləşib. 

Quatemala rəhbərlərinin bildirdiklərinə görə, paytaxt Quatemala Sitinin cənub şərqindən 35 km aralıda yerləşən Fueqo vulkanının püskürməsi bölgədə 1 milyon 700 min sakinin həyatına təsir edib, minlərlə əhali əraziləri tərk etmək məcburiyyətində qalıb.

Teqlər